Maruti Suzuki Dealer Conference

Maruti Suzuki konfransı çərçivəsində stendlərin və daxili naviqasiya sisteminin hazırlanmasını MaxOutdoor olaraq həyata keçirməkdən məmnunluq duyuruq. Brendin təqdimat gücünü ön plana çıxaran stendlərimiz və qonaqların məkan daxilində asan istiqamətlənməsi üçün hazırladığımız naviqasiya həlləri tədbirə həm estetik, həm də funksional dəyər qatdı.

Yenilikçi yanaşmalarımızla layihələrinizi fərqləndirməyə hər zaman hazırıq. Əgər siz də tədbir və təqdimat məkanlarınız üçün peşəkar həllər axtarırsınızsa, bizimlə əlaqə saxlaya bilərsiniz.